8 İyun 2021 18:46
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki nəfər gəncin kitab mağazasından hərəsi bir kitab oğurlaması və onların tutulması xəbəri məni də çox narahat etdi. Birincisi qeyd edim ki, istənilən oğurluğun əleyhinəyəm. "Kitab oğurluğu oğurluq deyil" fikri kökündən səhvdir. Kitab sahiblərini bir qayda olaraq pis vəziyyətdə qoyur. Ancaq bununla belə məsələlərə bir qədər fərqli baxmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, internet resurslarında satış yerlərində kiçik oğurluq edənlər tutulanda mal sahiblərinin onlara necə diqqətlə yanaşdıqları barədə çoxsaylı videofilmlər var: “Bu kitab mağazasanın sahibi də onları tapdıraraq, həmin kitabları onlara bağışlasa və hətta bir fincan çay ətrafında söhbət etsəydi, tamam başqa bir nəticə əldə etmək olardı. Ən əsası həmin gənclər bir kitaba sığmayan bir həyat dərsi almış olardılar”.

Deputat söyləyib ki, həmin gənclərin xərclərini ödəməyə hazırdır: “Eyni zamanda əgər istəsələr onlara şəxsi kitabxanamdan kitab bağışlamağa, istədikləri kitab məndə olmazsa, onlara həmin kitab mağazasından almağa söz verirəm. İstəsələr, sonra yaxınlıqdakı kafedə oturub, bir fincan çay ətrafında kitab və ədəbiyyat barədə söhbət də edə bilərik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər