Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.
İdarənin rəisi Nazim Mahmudov Teleqraf.com-a bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib:
“Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır”.