9 İyun 2021 21:25
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunun işğaldan azad edilən 3300 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, təmizlənmiş ərazilərin 2 190 hektarında buğda əkilib: "Hazırda rayon ərazisinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. Əkin sahələri ilə yanaşı, digər ərazilərdə də təmizlənmə əməliyyatları keçirilir".

Məlumatda bildirilir ki, təmizlənmiş ərazilərdə əkilən buğda sahələrinin biçilməsinə hazırlıq işləri görülür: "Hələlik həmin ərazilərdə biçin başlamayıb. Yaxın vaxtlarda əkilən ərazilərdə biçinə start veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər