10 İyun 2021 08:46
3 480
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən gün axşam saatlarında koronavirusdan dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəyli bu gün dəfn ediləcək.
Xalq artistinin qızı Xədicə Əzizbəyli Teleqraf.com-a açıqlamasında pandemiyaya görə vida mərasiminin olmayacağını deyib: "Koronavirusdan dünyasını dəyişdiyinə görə vida mərasimi olmayacaq, evimizdən son mənzilə yola salınacaq".
Xalq artistinin qızı atasının harada dəfn edilməsinin isə hələ dəqiqləşdirilmədiyini bildirib: "Bir saatdan sonra harada dəfn edilməsi bilinəcək. Atamın arzusu Fəxri Xiyabanda dəfn edilmək idi".
Qeyd edək ki, Ramiz Əzizbəyli Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilmişdi. O, koronavirusa yoluxduqdan sonra infarkt keçirmişdi.

Müəllif: Rəqsanə Həsənova