3 Noyabr 2014 14:22
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi “Beynəlxalq Avrasiya Mətbuat Fondu(BAMF), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli Vətəndaş Cəmiyyəti Təşkilatları (VTC) və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsinin hesabatın verib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində miqrant ərləri olan və gender əsaslı zorakılığın qurbanlarına çevrilən qadınlara xüsusi diqqət, sosial və iqtisadi hüquqlarının müdafiəsi, məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyası üçün əlverişli mühitin yaradılması istiqamətində tədbirlər planı həyata keçirilib. 2013-cü ilin noyabr ayından icrasına başlanmış layihədə 1 il müddətində Ağcabədi rayonunda bir sıra sosial problemlərin həlli ilə yanaşı, qaçqın və məcburi köçkünlər, həyat yoldaşları miqrant 25 nəfər qadın üçün kompyuter, kənd təsərrüfatı, stilistika, çörək-qənnadı sahələri üzrə peşə təlimləri həyata keçirilib və iştirakçılara sertifikatlarla yanaşı, öz bizneslərinə başlamaq üçün güzəştli şərtlərlə microkredit verilib.


Mərkəz əməkdaşlıq çərçivəsində Beynəlxalq Əmək təşkilatı və Azərbaycan Mikromaliyyə Asossasiyası (AMFA) ilə birgə kiçik və orta sahibkarlar üçün “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlər planı keçirib. Bununla yanaşı, Ağcabədidə 556 ailəlik məcburi köçkün şəhərciyində Hüquq Məsləhət Mərkəzi yaradılıb ki, burada “Sosial hüquqlar” ilə bağlı pulsuz konsultasiya xidməti fəaliyyət göstərilib.

BƏXTİYAR


Müəllif: