11 İyun 2021 15:15
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində çap edilmiş “Религия и Наказание” (Din və Cəza) adlı kitabı Azərbaycan dilinə tərcümə edilib.

Teleqraf.com-un məlumatına görə, bu kitabda dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılmışdır. Həmçinin müəllif tərəfindən dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışları da araşdırılmışdır.

Kitab tələbələr, doktorontlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər