12 İyun 2021 20:39
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç bir vaksin 100 faizlik səmərə vermir. Anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir: Elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır, digər tərəfdən də bu, hər kəsin immun sistemindən asılıdır: "Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər