Aşura günü ilə əlaqədar paytaxtda və bölgələrdə qanvermə aksiyasının keçirilməsi üçün məscidlərdə xüsusi otaqlar yaradılıb.
Həmin məntəqələrdə həkim briqadaları çalışacaq.
Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, Bakıda 8 məsciddə, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Bərdədə qanvermə aksiyaları təşkil ediləcək. Həmçinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunda da qanvermə aksiyası təşkil ediləcək.
“Bakıda təşkil edilən qanvermə aksiyasına 9 briqada cəlb edilib. Hər briqadada 6 həkim, 15 orta tibb işçisi var. Tibb işçiləri ilk növbədə qan verənlərin sağlamlıq durumunu yoxlayıb, xəstəliklərlə bağlı məlumat aldıqdan sonra səhhətində problem aşkarlanmayan şəxslərdən qan götürəcək”.