Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
"Bu gün Böyük Britaniyanın ölkəmizdəki biznes qrupunun nümayəndələri ilə keçirdiyimiz görüşdə gömrük məsələləri ilə bağlı səmərəli müzakirələr apardıq. Yüksək səviyyəli təşkilatçılığa görə səfir Ceyms Şarp və bütün görüş iştirakçılarına dərin təşəkkürümü bildirirəm", - o qeyd edib.