18 İyun 2021 16:18
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi idman zallarından istifadə qaydalarını açıqlayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, zala gedən şəxslər koronavirusla bağlı bəzi tələblərə əməl etməlidirlər.

İdman zalına giriş və çıxış zamanı əllər sabun və su ilə yuyulmalıdır. Alətlərə toxunduqdan sonra əlləri antiseptik məhlulla təmizləmək tələb olunur. Zaldan istifadə üçün şəxsi əşyalar (dəsmal və s.) götürmək, içəridə ən azı 2 metr sosial məsafə saxlamaq lazımdır. İdman edərkən üzə toxunmaq olmaz. Zalda məşq edən şəxlər üzünün yerə və ya alətə toxunmadığına əmin olmalıdır.

Həmçinin paltardəyişmə otağında uzun müddət qalmamaq, xəstəlik (qızdırma, öskürək, nəfəs darlığı, baş ağrısı, halsızlıq, ishal və s.) əlamətləri olanların idman zallarına getməməsi tövsiyə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər