20 İyun 2021 12:27
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqələrindən birində atışma səsləri eşidilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, hadisə yerinə gələn əməliyyat qrupu "Çiçəklənən Ermənistan" və "Verelk" partiyalarının nümayəndələri arasında dava olduğunu aşkar edib.

Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb.

Silah ələ keçirilib.

İstintaq davam edir.


Müəllif: Teleqraf.com