22 İyun 2021 17:32
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

2006-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (ARDDA) direktor müavini olan Şahlar Məmmədov işdən çıxıb.

Bu barədə Teleqraf.com-a agentlikdəki mənbə bildirib.

Məlumata görə, Ş.Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamentinin rəis muavini vəzifəsinə təyinat alıb. Onun əvvəlki vəzifəsinə isə təyinat olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər