24 İyun 2021 16:17
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moderna” və “Pfizer-BioNTech” tərəfindən istehsal edilən “mRNA” koronavirusu peyvəndinin ürəkdə iltihaba səbəb olduğu təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi (CDC) araşdırıb.

Hər iki şirkət tərəfindən istehsal edilən “mRNA” peyvəndinin yan təsiri olaraq xüsusən gənc yetkinlərdə ürək xəstəliklərinə səbəb olduğu iddia olunurdu. Bildirilir ki, peyvəndin ikinci dozasından sonra qeyd olunan mümkün yan təsirlərin nadir görülməsi arasında bir əlaqə var.

Aparılan araşdırmalar nəticəsində xüsusən 30 və aşağı yaş qrupunda olan gənc yetkinlərdə ikinci peyvənd dozasından sonra ürək əzələlərinin iltihablanması görüldüyü təsdiqlənib. Bu vəziyyətin olduqca nadir hallarda baş verdiyini deyən mütəxəssislər, peyvəndlərin faydalarının risklərdən çox olduğunu açıqlayıb. Ürək əzələsində iltihab olan xəstələrin əksəriyyətinin yan təsirlərdən problemsiz xilas olduqları da bildirilib.

CDC mütəxəssisləri peyvənd əldə etmək imkanı olan 12 yaş və yuxarı yaşlı hər kəsi təcili istifadənin təsdiqlənməsi ilə vaksinasiyaya təşviq edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər