Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq yaranan avtomobil yollarının siyahısını açıqlayıb.
Teleqraf.com siyahını təqdim edir:
Bakı-Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti),
Tiflis prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqaməti),
Binəqədi şosesi – (Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində),
Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti),
Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində),
Abdulvahab Salamzadə küçəsi (əsas yol) - (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində),
Qara Qarayev prospekti – ("Qara Qarayev" metrostansiyasının yaxınlığından başlayaraq, “Koroğlu” metrostansiyası istiqamətində).