4 Noyabr 2014 13:04
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fitva əmr formasında deyil, fitva onu xalqa, xalqın qəlbinə çatdırmaq, tövsiyə etmək ki, onlar bunu etməsinlər deməkdir. Bizim məcburi qaydada fitva verməyə haqqımız yoxdur, çünki vicdan azadlığı hər insanın özünün daxilində yetişir".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə idarənin fitvasına baxmayaraq, Aşura günü zəncir vurulmasına dair sualı cavablandırarkən deyib.

A.Paşazadə bildirib: "Bizim borcumuz mədəni şəkildə xalqa tövsiyə etməkdir ki, bunlar olmaz. Mən elə hesab edirəm ki, bu, birdəfəlik yaranmır. 5-10 il bundan əvvələ baxanda, bu gün zəncirvurma daha zəifdir. Demək, bu tövsiyələrin təsiri var və gələcəkdə də bu, öz təsirini göstərəcək".

Qeyd edək ki, bu gün Aşura günüdür. Bununla bağlı Azərbaycanın müxtəlif məscidlərində qanvermə aksiyası keçirilir.


Müəllif:

Oxşar xəbərlər