Nərimanov rayonunda sürücü döyülərək öldürülüb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.