“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qazax rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Şəmkir rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov isə Tovuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Teleqraf.com-un məlumatına görə, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Şəmkir Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər. Baş direktor Ruslan Əliyev Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərin və şəhid ailələrinin müraciətlərinin daim diqqətdə saxlanılmasını və onların qayğıları ilə vaxtında maraqlanıb müsbət rəy verilməsini xüsusi qeyd edib.