4 Noyabr 2014 13:50
3 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 276 ünvanında Bakı şəhəri Vergilər Departamentinin yeni Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.

Teleqraf.com-un məlumatına görə, xidmət mərkəzində fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, nəzarət-kassa aparatlarının, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi ximətləri göstərilir.

Mərkəzdə həmçinin uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi, “Asan İmza”nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və dəyişdirilməsi və s. məsələlər üzrə xidmətlər göstərilir. Xidmət mərkəzi qanunvericiliklə müəyyən edilmiş iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz xidmət göstərəcək.

Naibə


Müəllif: