Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ki, onların 90,6 faizini nazirliyin fəaliyyət sahələri ilə bağlı vətəndaşların sorğuları təşkil edib.
Belə ki, qeyd edilən dövrdə 142- “Çağrı mərkəzi”nə əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı məsələləri ilə əlaqədar edilən 3 387 müraciətin 3 201-i (94,5 faiz), sosial təminat növlərindən istifadə, o cümlədən sosial müavinət məsələləri ilə əlaqədar daxil olan 1 597 müraciətin 1 364-ü (85,4 faiz) sorğu xarakterli olub.
Habelə əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair edilən 305 müraciətdən 235-i (77 faiz) və məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 271 müraciətdən 240-ı (88,5 faiz) vətəndaşların həmin mövzularla bağlı sorğularından ibarət olub.
142-“Çağrı mərkəzi”nə daxil olan sorğu xarakterli müraciətlərə cavab olaraq ƏƏSMN-nin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib, digər müraciətlərlə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv tədbirlər görülüb.
Naibə QURBANOVA