İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib.
Bu barədə Teleqraf.com-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, iyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər. Bildirilib ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.
"Hazırda Azərbaycanda “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir. Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur. “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə buradan tanış ola bilərsiniz", - məlumatda bildirilib.