4 Noyabr 2014 20:56
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları “Dini abidələrdə tarixin izləri - Bərdə İmamzadəsi” layihəsinin icrası ilə bağlı Bərdədə olub, ziyarətgahda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Fondun Aparat rəhbəri Rafail Həsənov təmsil etdiyi qurum rəhbərliyi adından bərdəliləri salamlayıb, Fondun ilk layihəsinin icrasına göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Teleqraf.com-a verilən məlumata görə, rayon icra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev deyib ki, Bilik Fondunun layihəsində iştirak edən mütəxəssis, fəhlə və ustalar yerli sakinlərdir. Görülən işlər təqdirəlayiqdir və bərdəlilərin ürəyincədir.

Bərdə şəhər Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, layihənin ilk mərhələsi uğurla başa çatıb, Bərdə İmamzadəsində abadlıq və müəyyən bərpa işlərinin aparılmasına çoxdan ehtiyac vardı.
Bilik Fondunun monitorinq qrupunun rəhbəri Leyla İmaməliyeva Bərdə İmamzadəsində görülən işlərin plana uyğun həyata keçirildiyini deyib. Qarşıda Mədəniyyət və Turizm Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə kompleksdə bərpa işlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Abadlaşdırma işlərində iştirak edən “Fərid-inşaat” MMC-nin rəhbəri Sübhan Həsənov belə xeyirxah işə başladığına görə Bilik Fonduna təşəkkür etdiyini bildirib. Görülən işin savabı, yerli camaat tərəfindən yüksək dəyərləndirilməsi icraçıların məsuliyyətini daha da artırır.

NİGAR


Müəllif:

Oxşar xəbərlər