1 İyul 2021 09:20
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ümumi çəkisi 3125 kiloqram olan, 9773 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər