2 İyul 2021 11:02
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə 84 və ya 85 nömrəli komissiyaları seçmiş abituriyentlərə müraciət edib.

DİM-dən Teleqraf.com-a bildirilib ki, abituriyentlər məşqçilik (84), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (85) komissiyaları üzrə buraxılış vərəqələrini aşağıdakı link vasitəsilə çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet

Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (forma-86). İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.

Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü abituriyent tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

İmtahana mobil telefon və ya əlavə ötürücü qurğu gətirən şəxslər imtahandan xaric ediləcəklər. İmtahan qaydalarını pozan şəxslərin imtahan nəticələri ləğv ediləcəkdir. İmtahanın nəticəsindən narazı olan bakalavrlar həmin gün ərizə vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya həmin gün imtahan binasında təşkil edilir. Təkrar imtahan götürülməsi ilə bağlı müraciətlərə baxılmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər