2 İyul 2021 14:18
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “AKCAĞ” nəşrlər və yayım evində klassik Saxa-Yakut yazıçısı Platon Oyunskinin “Qırmızı Şaman” kitabı işıq üzü görüb.

Teleqraf.com-un məlumatına görə, ədəbiyyatımızın son yarıməsirlik dövründə Saxa yakutlarının klassiklərinin və müasirlərinin kitabları türk və Azərbaycan dilinə tərcümə edilməyib.

“Qırmızı Şaman” kitabının nəşri ilk dəfə 2019-cu ildə Dünya Türk Yazarlar Birliyinin layihəsi ilə həyata keçirilib.

Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk Platon Oyunskinin 6 hekayə, povest və mənzum dramı Azərbaycan dilinə tərcümə edib. Kitaba ön sözü Saxa Yakutiya Respublikasının deputatı, həmyerlimiz Əliş Məmmədov yazıb.

Kitab Azərbaycanda işıq üzü görəndən sonra Saxa Yakutiya Respublikasında dövlət səviyyəsində kitabın məsləhətçisi Əkbər Qoşalı və tərcüməçi Aida Eyvazlı Göytürkün də iştirakı ilə təqdimatı keçirilib.

“Qırmızı şaman” kitabı Türkiyədəki ədiblərin və ədəbiyyat mənsublarının da diqqətini cəlb etdiyindən bu günlərdə eyni adla və məzmunda Ankara şəhərində “Ağçağ” nəşrlər və yayım evində işıq üzü görüb.

Kitabı oxumaq istəyənlər www.akcag.com.tr saytından da əldə edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər