3 İyul 2021 23:27
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci ildə dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən zəif nəticə Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna məxsusdur. Bu ali təhsil müəssisələrində dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulolma faizi 20-dən aşağı olub. Dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan bakalavrların biri belə Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəməyib”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O, üç ali təhsil ocağının bakalavrlar arasında heç bir nüfuza malik olmadığını da bildirib: “2020-ci ilin magistratura imtahanlarının nəticələri Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yüksək hazırlıqlı bakalavrlar arasında heç bir nüfuza malik olmadıqlarını göstərib.

Maraqlısı odur ki, 2020-ci ildə dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan bakalavrların biri belə bu təhsil müəssisələrində təhsil almaq istəməyib.

2020-ci ildə yüksək nəticə göstərən 99 nəfər bakalavr müsabiqə nəticəsində öz istəkləri ilə müxtəlif özəl ali təhsil müəssisələrinə qəbul olub. Bu gənclərin 50 nəfəri (50.51%) təhsilini Xəzər Universitetində davam etdirmək istədiyini bildirib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər