5 İyul 2021 19:37
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məkkədəki Mina, Müzdalifah və Ərafat kimi müqəddəs yerlərdə sərhəd pozuntusuna yol verənlər 10000 Səudiyyə riyalı (2.677 dollar) cərimə tətbiq ediləcək.

Teleqraf.com xəbər verir ki, qərarı Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi bəyan edib.

Nazirlik eyni cinayət təkrarlanarsa, cərimənin iki dəfə artırılacağını vurğulayıb.

Bildirilir ki, 18 iyulda başlanan illik Həcc ziyarəti üçün hazırlıq işləri çərçivəsində icazə müraciəti bu gündən etibarən qüvvəyə minir. Mühafizəçilər Məscidül-Harama gedən yerləri və dəhlizləri, habelə nəzarət məntəqələrini yoxlayaraq qaydaları pozmaq cəhdlərinin qarşısını alacaqlar.


Müəllif: Yeganə Oqtayqızı