6 İyul 2021 13:56
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Tekirdağ vilayətində saxta içki zəhərlənməsindən dünyasını dəyişənlərin sayı 12-yə çatıb.

Teleqraf.com xəbər verir ki, Çorlu Dövlət Xəstəxanasında reanimasiya şöbəsində müalicə alanların ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanada 2 nəfər intrubasiya olunub, digər 7 nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı Çorlu və Tekirdağ polisi tərəfindən həyata keçirilən əməliyyatda saxta içki istehsalında şübhəli bilinən 6 nəfər saxlanılıb. Ümumilikdə külli miqdarda saxta içki ələ keçirilib.

Qeyd edək ki, iyunun 24-də dörd nəfər zəhərlənmə şübhəsi ilə Çorlu xəstəxanasına müraciət edib. Onların saxta içkidən zəhərləndikləri məlum olub, bir Pakistan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Yeganə Oqtayqızı