Torokal-kifoz və onurğa sütununun 4-cü dərəcəli S-vari skolyoz xəstəliyi diaqnozundan əziyyət çəkən 15 yaşlı Nihad Həsənov təcili əməliyyat olunmalıdır. Əks halda azyaşlı həyatını itirə bilər.
Nihad Həsənovun həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var. Nihadın əməliyatı və müalicə xərcləri üçün 15 000 (min) ABŞ dolları tələb olunur.
Ancaq ailənin maddi imkanı həmin vəsaiti ödəməyə yetmir. Öhdəsində daha bir qız övladı olan tənha ana Sevinc Kərimova aciz durumda qalıb.
Azyaşlımızın onurğa sütununda cərrahiyyə əməliyyatı Türkiyə Respublikasının İstanbul şəhərindəki Acıbadem Kadıköy xəstəxanasında mümkündür. Əməliyyatın aparılmasını professor Erkan Kaptanoğlu öz üzərinə götürüb və sağalacağına təminat verib.
Nihad Kamran oğlu Həsənov 19 avqust 2006-cı il tarixdə Bakı şəhərində anadan olub. O, Aşağı Güzdək qəsəbəsində Səmidxan Əzimov adına tam orta məktəbin 9-cu sinfində təhsil alır. Nihad güləşlə məşğul olur və bir çox yarışlardan qalib kimi qayıdıb.
Nihadın müalicəsinə lazım olan vəsaitin toplanılması üçün Azər Türk Bankda hesab açılıb. Ana oğlunun sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən bu hesab nömrəsinə 5417455109606907 vəsait köçürmələrini xahiş edir.