Vətən müharibəsinin şəhidi Turan Sulduz oğlu Əliyevin bu gün doğum günüdür.
Teleqraf.com xəbər verir ki, bu münasibətlə şəhidin doğulduğu Biləsuvar rayonunun Əsgərabad kəndində onun adına salınmış bulağın açlışı olub.
Açılışda rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edib.
Açılışdan sonra şəhidin məzarı ziyarət edilib və məzarı üzərinə gül dəstələri qoyulub.
Qeyd edək ki, şəhid Əliyev Turan Sulduz oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.