Bu gün Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirildi.
Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair məsələlər ətrafında müzakirələr aparıldı.
“Prokurorların cinayət təqibindən kənar fəaliyyətində rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev həmçinin rusiyalı həmkarı İqor Krasnovla ikitərəfli görüş keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Kamran Əliyev bir sıra ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Xorvatiya, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Direktoratının rəhbəri və digər ölkələrdən olan həmkarları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirdi, gələcək. Bu gün Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirildi.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair məsələlər ətrafında müzakirələr aparıldı.
“Prokurorların cinayət təqibindən kənar fəaliyyətində rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev həmçinin rusiyalı həmkarı İqor Krasnovla ikitərəfli görüş keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Kamran Əliyev bir sıra ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Xorvatiya, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Direktoratının rəhbəri və digər ölkələrdən olan həmkarları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirdi, gələcəkBu gün Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirildi.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair məsələlər ətrafında müzakirələr aparıldı.
“Prokurorların cinayət təqibindən kənar fəaliyyətində rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev həmçinin rusiyalı həmkarı İqor Krasnovla ikitərəfli görüş keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Kamran Əliyev bir sıra ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Xorvatiya, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Direktoratının rəhbəri və digər ölkələrdən olan həmkarları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirdi, gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirə edilmişdir.