Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərinə səfər ediblər.
Teleqraf.com xəbər verir ki, ikigünlük səfər çərçivəsində dini konfessiya rəhbərləri Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.