Türkiyənin Zonguldak vilayətində 43 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, vilayətin Kilimli rayonunda keçirilən toyda 43 nəfərdə başgicəllənmə, ürək bulanması və qusma kimi hallar müşayiət olunub.
Onlar şəhərdəki müxtəlif xəstəxanalara aparılıb.
Qida zəhərlənməsi şübhəsi ilə müalicə alanların vəziyyətinin yaxşı olduğu bildirilib.
Yeməklərdən nümunələr götürülüb.
Faktla bağlı istintaq başlanıb.