11 İyul 2021 13:23
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində tapılıb və şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.

Bu barədə Teleqraf.com-a Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilir ki, ötən il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

İtkin düşmüş daha bir hərbi qulluqçunun – kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər