13 İyul 2021 00:26
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun üzərində cərahiyyə əməliyyatı keçirilib.

Teleqraf.com Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq səfir bağırsaq keçməzliyindən əziyyət çəkirmiş.

Səhhəti olduqca pis olan Eldar Həsənov üzərində cərahiyyə əməliyyatı aparılıb.

Hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, o, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülmüşdü.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər