Abşeron DOST Mərkəzinin açılması ilə regional proqramımıza start verdik. Növbəti mərkəzlər üzrə işimiz davam etməkdədir.
Teleqraf.com xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib. O bildirib ki, yaxın zamanda layiləndirilməsi bitmiş bir neçə mərkəzin tikintisi planlaşdırılır:
"Bunlar Bərdə, Quba, eyni zamanda iri şəhərlərimiz olan Sumqayıt və Gəncədə açılacaq. Həmçinin Şəki, Sabirabad, Masallıda da bu istiqamətdə işlər aparılır. İşğaldan azad edilmiş rayonlarımızda da Dost Mərkəzlərinin açılışı planlaşdırılır."