15 İyul 2021 15:30
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanlar pandemiyanın bitməsini düşünməsin. Yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində əldə etmişik”.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır:

“Belə olan halda sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər