17 İyul 2021 09:57
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyindən məlumat verilib.

Beləliklə, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər