17 İyul 2021 11:17
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət edib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.

Araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər