17 İyul 2021 12:34
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da iyul ayının 18-21 tarixlərində xidmətlərini icra edəcəklər. Abunəçilərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.

Bundan başqa əvvəlcədən ödənişli sayğacların kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi, əvvəlcədən ödəniş olunan sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına və abunəçi koduna köçürülməsi ilə bağlı müraciətlər təmin ediləcək.

20 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 14:00-a qədər iş başında olacaqlar. Müştəri xidmətləri yalnız iyulun 18-də Departamentin inzibati binasında göstərilməyəcək.

"Abunəçilərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat versinlər", - deyə qurum bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər