Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.
Teleqraf.com xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib.
Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Elçibəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi Yusifovun qızı Aytək xanımla ailə həyatı quracaq.
İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.
Qeyd edək ki, Elçibəyin iki övladı var. Qızı Çilənay Əliyeva bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır.