20 İyul 2021 20:20
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir. Qurban sülh, bərabərlik, bütün insanlara sevgi, paylaşmaq, fədakarlıq kimi mənəvi dəyərlərdən faydalanmaq bayramıdır. Mənəvi saflığımızda, təkamülümüzdə, ruhi təmizliyimizdə mühüm əhəmiyyət kəsb edən bu bayramda insanlar Allaha daha da yaxınlaşır, mənən pak və kamil olurlar.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə inamlı və davamlı olaraq həyata keçirilməsi nəticəsində bu gün Azərbaycanın regionun lider dövlətinə, eləcə də, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır: “Əldə edilmiş mühüm siyasi və iqtisadi uğurlar cəmiyyətin bütün sahələrin güclü inkişafı, o cümlədən sosial problemlərin həllinə yönəlmiş dövlət proqramlarının uğurla reallaşdırılmasını şərtləndirir. Cənab Prezidentin həyata keçirdiyi dövlət siyasəti özündə proqressiv modernləşmə keyfiyyətləri ilə yanaşı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini də əks etdirir. Onun daimi qayğısı sayəsində çoxəsrlik adət və mərasimlərimizin bu gün də yaşaması təmin olunur. Bu isə milli-dini mənəviyyatımızın dirçəldilməsi prosesinə böyük töhfə verir. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır”.

Professor bildirib ki, Azərbaycan İslam mədəniyyətinin inkişafına böyük töhfə verir: “Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş edib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb. Prezident İlham Əliyev və Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələr, məbədlər, ziyarətgahlar əsaslı şəkildə bərpa edilir, yeniləri tikilir, dini əqidəsinə görə vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilmir. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı bir dövrdə ölkəmizdə bərqərar olan dini və mədəni tolerantlıq modeli dünyaya təqdim edilən bir sülh mesajıdır. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhvə verən bir ölkə olduğunu qəbul edir”.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan xalqı bu il Qurban bayramını xüsusi olaraq qeyd edir: “Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi, qurban verdi. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Bir daha xalqımızı Müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Allah bütün kəsilən qurbanları və duaları qəbul etsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər