22 İyul 2021 10:36
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Amerikadan olan jurnalistlərin Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, Meksika, Kolumbiya, Braziliya və Argentinanın aparıcı nəşrlərinin və telekanallarının nümayəndələri Füzuli rayonuna səfər edərək burada azad edilmiş torpaqlardakı vəziyyət və minalardan təmizlənmə prosesinin gedişatı ilə tanış olacaqlar.

Cəbrayıl rayonunda KİV nümayəndələri qəbristanlıqda və ermənilər tərəfindən dağıdılmış digər yerlərdə olacaqlar.

Xarici jurnalistlər həmçinin Şuşaya və Ağdam rayonuna da səfər edəcəklər.

Onlar Ağdamda işğal zamanı törədilmiş dağıntıların miqyası, həmçinin hazırda burada aparılan tikinti işləri ilə tanış olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər