İngiltərədə yeni SARS-CoV-2 virusu aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, ölkədəki 53 nalburunlu yarasa üzərində aparılan araşdırmalar zamanı insanlar arasında yayılan yeni COVID-19 növü aşkarlanıb.
Yarasalardan götürülən analizlərdən sonra virusun yeni növünə “RhGB01” adı verilib. Tədqiqatlara görə, “sarbecovirus” virusu ilk dəfə ABŞ-da nalburunlu yarasalarda aşkarlanıb.
Bu virus növü hazırda yayılan SARS-CoV və 2003-cü ildə tapılan SARS-CoV viruslarının mutasiyasıdır. Elm adamları yeni virusun inşalara yoluxub-yoluxmaması ilə bağlı hələ ki nəticəyə gəlməyiblər.