6 Noyabr 2014 11:56
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) “Şəki-Zaqatala regionu gənclərinin məşğulluq və karyera imkanlarının artırılması” adlı bölgə gəncləri arasında maarifləndirici, məlumatlandırıcı, monitorinq və PR dəstəyi fəaliyyətini nəzərdə tutan layihənin icrasına başlayır.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, 3 ay müddətində davam edəcək layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yerli icra hakimiyyətləri, gənclər və idman idarələri, rayon, şəhər əhalinin əmək və sosial müdafiə və məşğulluq mərkəzləri ilə birgə əməkdaşlıq şəklində həyata keçiriləcəkdir.

Layihə Şəki şəhərində, Qax, Zaqatala və Balakən rayonlarında gənclər arasında məşğulluq imkanları və karyera inkişafına dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, hər bir rayonda təlim sessiyaları vasitəsilə bu regionun gənclərinə məşğulluq, yeni iş imkanları, karyera inkişafı, CV və istək məktubunun hazırlanması, region gənclərinin Məşğulluq və Karyera Forumu və sərgisinin təşkilinə, “Region gəncləri üçün Məşğulluq və Karyera inkişafına dair Yaddaş Kitabçası”nın nəşrinə və yayımına, digər fəaliyyətlərə yönəlib.

Qeyd edək ki, layihənin əsas mədsədi Şəki-Zaqatala regionunda gənclərə bərabər məşğulluq imkanlarının yaradılması, onların uğurlu karyera inkişafı üçün xüsusi bilik, bacarıq və vərdişlərin aşılanması, bölgə gənclərinin öz gücünə inanmaqda kömək göstərilməsinə və regionda gənclərin fəaliyyət dairələrinin zənginləşməsi üçün müvafiq şəraitin yaradılmasına dəstək verməkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər