24 İyul 2021 23:22
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq.

Teleqraf.com-un məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Feysbuk səhifəsində bildirib.

"Bunları nəzərə alaraq, ekspert komissiyası test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq"- nazir yazıb.

Qeyd edək ki, MİQ-də iştirak edən namizədlər sosial şəbəkələrdə test tapşırıqlarının çətinliyindən şikayətləniblər.


Müəllif: Teleqraf.com