İyulun 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi başa çatır.
Teleqraf.com-un xəbərinə görə, proses bu gün saat 23:59-dək davam edəcək.
Bakalavrlar portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.