26 İyul 2021 15:12
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər yeni yoluxma sayında kəskin artım müşahidə olunmaqdadır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"İyun ayının sonunda yoluxma faizi 1 faizdən aşağı düşmüşdü, hətta 0,7-0,8 faiz yoluxma müşahidə edirdik. Lakin son günlərdə yoluxma sayı 5 faizədək artıb. Bu gün 40 yaşdan aşağılar arasında yoluxma sayı daha yüksəkdir. Kişi və qadınlar arasında bərabər yoluxma müşahidə olunur".

Yaqut Qarayeva qeyd edib ki, ölkə üzrə ən yüksək yoluxma halı Bakıda, Binəqədi rayonu üzrə qeydə alınıb.

TƏBİB nümayəndəsi bildirib ki, bu günə qədər 4 milyondan çox doza vaksin vurulub: "Bu gün ölkəmizdə könüllü seçim şərti ilə 4 vaksindən istifadə olunmaqdadır. Dünya üzrə istifadə olunan vaksin növlərinin hər biri bizdə var. Eyni zamanda, bu gün bütün regionlarda "Sinovak" şirkətinin Koronavak vaksini istifadə olunmaqdadır. Pfizer vaksini Lənkəran, Gəncə, Bakı şəhərlərində var. Bu gün səyyar olaraq da vaksinasiya aparılır.

Eyni zamanda, "Bravo" Marketin Əhmədli və Koroğlu filiallarında vaksinasiya aparılır, paralel olaraq Dəniz Mall-da da vaksinasiya aparılmaqdadır. "Yeni klinika"da randevusuz vaksinasiya mümkündür".

Yaqut Qarayeva bildirib ki, bu gün ölkəmizdə xəstəliyi keçirdikdən 6 ay sonra vətəndaşa 1 doza vaksin vurulur: "İmmunitet sertifikatlar müddətsiz verilir. Vaksinin hər 2 dozasını vurduran şəxslərə üçüncü doza vaksin vurulması tövsiyə edilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər