26 İyul 2021 15:19
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə istifadə olunan peyvəndlər tamamilə təhlükəsizdir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, vaksinasiya prosesi başlayan gündən bu günə qədər koronavirusa yoluxub ölən şəxslərin 99 faizi peyvənd olunmayan şəxslərdir:

"Bu gün pandemiyadan yeganə çıxış yolumuz peyvənddir. Vaksinasiyanın stimullaşdırılması istiqamətində bir sıra addımlar atılıb. 1 sentyabrdan etibarən bütün tibb müəssisələrinin ən azı 80 faiz əməkdaşının peyvənd olunması tələb olunur. Tədris prosesinin bərpası təhsil və elm sahəsində 80 faiz işçinin vaksin olunmasını tələb edir. Bu qaydalar bütün xidmət sektorunda çalışan işçilərin peyvənd olunmasına aiddir. Oktyabr ayının 1-dək isə ikinci doza vaksin vurulmalıdır. Bu sahələrin siyahısı Nazirlər Kabinetinin qərarında öz əksini tapıb".

Şahmar Mövsümov əlavə edib ki, idman zalları və toylara vaksinlə daxil olma tələbi 1 sentyabrdan etibarən genişləndiriləcək: "İctimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində giriş zamanı COVID pasportu tələb ediləcək. Növbəti mərhələdə qərar kinoteatr və teatrlara da aid ediləcək. Vaksin pasportlarının yoxlanması üçün ASAN xidmət tərəfindən proqram təminatı hazırlanır və bununla mobil telefonlarda vakin pasportları sürətli yoxlanacaq".

Şahmar Mövsümov bildirib ki, bu yeniliklərin məqsədi pandemiyadan əvvəlki həyatı bərpa etməkdir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər