26 İyul 2021 22:12
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni kadr təyinatı aparılıb.

Teleqraf.com xəbər verir ki, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə tanınmış jurnalist Eldəniz Vəliyev təyin olunub.

Qeyd edək ki, E.Vəliyev bu təyinatadək “Space” TV-də Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsində, daha əvvəl ANS TV, ATV-də və digər media qurumlarında işləyib.


Müəllif: Teleqraf.com