27 İyul 2021 09:14
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Fətəlikənd kənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər